Çində kütləvi ölüm dalğası

 00:15 20.12.2022     173

​​​​​​Çində COVID-19 ilə mübarizə tədbirlərinin yumşaldılması fonunda ölənlərin sayı kəskin artıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

Qəzetin yazdığına görə, Çin xəstəxanalarında və krematoriyalarında çoxlu sayda cəsəd yığılıb. Dövlət krematoriyasının işçilərindən biri nəşrə bildirib ki, onlar hər gün 150 cəsədi yandırırlar ki, bu da ötən qışdan bir neçə dəfə çoxdur.

O vurğulayıb ki, Çində krematoriyalar səhərdən axşama kimi tam gücü ilə işləyir. Çinli həkimlərin fikrincə, ölkədə hər 100 min nəfərə cəmi 3,43 reanimasiya çarpayısı düşür.

Daha əvvəl bildirilmişdi ki, Çin hakimiyyəti kütləvi etirazlardan sonra koronavirusa qarşı “sıfır tolerantlıq” siyasətini yumşaltmaq qərarına gəlib. Xüsusilə, xəstəliyin yüngül gedişi olan və ya heç bir simptomu olmayan insanlar müstəqil şəkildə özünütəcrid rejiminə riayət edəcəklərini və ya tibb müəssisələrində mərkəzləşdirilmiş karantinə gedəcəklərini seçə bilərlər.

Çin həmçinin universal PCR testini ləğv edib və antipiretik, öskürək, soyuqdəymə və virus xəstəlikləri kimi reseptsiz dərmanların satışına qoyulan qadağanı ləğv edib (publika.az).