28 ölkədə saxta dərman xəbərdarlığı - 349 nəfər saxlanıldı
Avropa İttifaqı Polis Təşkilatının (Avropol) koordinasiyası ilə 28 ölkədə keçirilən “saxta dərman” və “dopinq maddəsi” əməliyyatlarında 349 nəfərin saxlanıldığı, 10,5 milyondan çox saxta məhsulun müsadirə edildiyi bildirilib.
Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, bu barədə "Avropol"dan açıqlama verilib.
Qeyd olunur ki, narkotiklərin istehsal edildiyi 10 qeyri-qanuni laboratoriyanın bağlandığı əməliyyatlarda 1 milyon saxta "Covid-19" testinin ələ keçirildiyi də bildirilib.
Həmidə İbrahimova












