Zelenski Saakaşvilinin vəziyyəti ilə bağlı Gürcüstan hakimiyyətinə müraciət etdi
Ukrayna prezidenti Vladimir Zelenski Mixail Saakaşvilinin vəziyyəti ilə bağlı Gürcüstan xalqına və hakimiyyətinə müraciət edib.
Redaktor.az “UNİAN“a istinadla xəbər verir ki, Zelenski bunu videomüraciətində deyib.
"Gürcüstandakı bütün dostlarımıza və sadəcə vicdanlı insanlara müraciət etmək istərdim. Yəqin ki, hamı Mixail Saakaşvilinin hazırda hansı vəziyyətdə olduğunu görə bilir. Ona görə də Gürcüstan xalqına, hakimiyyət orqanlarına müraciət edirəm ki, Mixail Saakaşvilini Ukraynadakı klinikalardan birinə, başqa bir Avropa ölkəsinə, Amerikaya köçürün. Artıq bu addımı atmağın vaxtı çatıb“,- deyə Zelenski vurğulayıb.
Həmidə İbrahimova












