Hindistan Çin sərhədinə qoşun yeridir
Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Çinlə gərginliyin tüğyan etdiyi mübahisəli sərhəd bölgəsinə daha çox əsgərin yerləşdirildiyini bildirib.
Redaktor.az “Haber Global“a istinadla xəbər verir ki, hindli nazir Çinlə yaşanan gərginliklə bağlı mətbuata açıqlama verib.
"Bu gün Hindistan ordusu Çin sərhədindəki bəzi bölgələrə əsgər göndərdi",- deyə nazir deyib.
Bundan əlavə, Subramanyam Cayşankar Çinin sərhəd bölgəsində status-kvonu birtərəfli qaydada dəyişməsinə icazə verməyəcəklərini bəyan edib.
Həmidə İbrahimova












