Bu il İsrail-Fələstin münaqişəsində ölənlərin sayı açıqlandı

 16:19 20.12.2022     483

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Tor Vennesland 2022-ci ilə qədər Fələstin-İsrail münaqişəsində 170-dən çox insanın həyatını itirdiyini bildirib.

Redaktor.az “Anadolu"ya istinadla xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında brifinq verən Vennesland bu il indiyədək 150-dən çox fələstinli və 20-dən çox israillinin qarşıdurmalarda həyatını itirdiyini açıqlayıb.

“Mən hər iki tərəfdən mülki şəxslərə qarşı zorakılığın ciddi şəkildə artmasından narahatam ki, bu da etibarsızlığı artırır və münaqişənin sülh yolu ilə həllinə xələl gətirir”, - deyə o, bildirib.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən