Zelenski müharibənin 300-cü günündə Baxmuta getdi

 15:43 20.12.2022     329

Prezident Vladimir Zelenski bu gün Donetsk vilayətinin Baxmut şəhərinə səfər edib. Dövlət başçısının səfəri əvvəlcədən açıqlanmayıb.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu abrədə prezidentin mətbuat katibi Sergey Nikiforov bildirib.

Qeyd edək ki, Müdafiə Nazirliyi də Zelenskinin Baxmuta səfərini təsdiqləyib.

"Biz ezamiyyətdəyik. Bu gün böyük miqyaslı müharibənin 300 günüdür və bu gün Baxmutda prezident şərq qalamızı - Baxmutu müdafiə edən ən yaxşı müdafiəçilərimizi mükafatlandırıb. Düşmənin əsas qüvvələri indi orada cəmləşib, amma düşməndən heç nə çıxmır”,- müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Xatırladaq ki, prezident Volodimir Zelenski axşam çıxışında cəbhədəki vəziyyətdən danışıb, Baxmutun da adını çəkib. O qeyd edib ki, ruslar may ayından Ukrayna Baxmutunu ələ keçirməyə çalışsalar da, şəhər təslim olmur.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən