Kök hüceyrə ilə körpənin həyatı xilas edildi - Dünyada ilk dəfə

 17:50 20.12.2022     593

Plasentadan alınan kök hüceyrələrdən istifadə edərək dünyada ilk əməliyyat keçirilib.

Redaktor.az BBC-ə istinadən xəbər verir ki, Bristol Ürək İnstitutundan professor Massimo Kaputo körpənin ürək qüsurunu düzəltmək üçün qabaqcıl kök hüceyrə "körpüsündən" istifadə edib.

Kaputo zədələnən qan damarlarının böyüməsinə kömək edəcəkləri ümidi ilə hüceyrələri birbaşa körpənin ürəyinə yeridib.

Qeyd edək ki, 2 yaşlı körpə ürəyindəki əsas arteriyalarla yanlış şəkildə doğulub və cəmi dörd günlük olarkən Bristol Kral Uşaq Xəstəxanasında ilk açıq ürək əməliyyatını etdirib.

Kök hüceyrə ilə əməliyyat bir sıra anadangəlmə ürək qüsurları olan xəstələrə də ümid verir.

Nərmin VÜQARQIZI

 

 

 

Vumart və Güvən reklamı Vumart Güvən