ABŞ Ukraynaya görə BMT-ni ittiham etdi

 16:31 20.12.2022     155

ABŞ BMT-ni Rusiyanın Ukraynada İran pilotsuz təyyarələrindən istifadə etməsini araşdırmaq istəməməkdə ittiham edir.

Redaktor.az “UNİAN“a istinadla xəbər verir ki, Vaşinqton BMT Baş katibi Antonio Quterreşi Rusiyanın təhdidlərinə uymaqda və Rusiyanın İran tərəfindən təchiz edilmiş pilotsuz təyyarələrdən istifadəsini yoxlamaq üçün rəsmiləri göndərməməkdə ittiham edib.

Məlumata görə, Böyük Britaniya, Fransa, Almaniya, ABŞ və Ukrayna bildiriblər ki, İran istehsalı olan pilotsuz təyyarələrin Rusiyaya tədarükü BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə İranın nüvə sazişini təsdiq edən qətnaməsini pozur. Bu ölkələr Quterreşin Kiyevə yoxlama aparması üçün məmurların göndərilməsini istəyir.

"Biz BMT-nin bu pozuntu iddiası ilə bağlı normal araşdırmaya keçməməsindən məyus olduq",- deyə ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Həmidə İbrahimova