"Fox News”un aparıcısı Baydeni efirdə yıxıb-sürüdü

 18:36 20.12.2022     289

“Fox News”un aparıcısı Laura İnqrama görə, ABŞ prezidenti Co Bayden Ukrayna böhranı ilə bağlı uğursuz xarici siyasət yürüdür.

Redaktor.az xəbər verir ki, telekanalın efirində o, qeyd edib ki, Amerika lideri öz hərəkətləri ilə Ukraynanı ancaq münaqişəyə sürükləyir.

“Baydenin Ukraynada böyük hərbi xərclər tələb edən hərəkətləri bu münaqişəni yalnız uzadır və daha da gərginləşdirir. Ukraynanın maliyyələşdirilməsi Amerikanın orta təbəqəsinin maraqlarına necə xidmət edir? Əksinə bu, Amerikanın orta təbəqəsinə ağır zərbə vurur. Sanksiyalara görə yanacağın qiymətləri yüksələndə, Bayden strateji neft ehtiyatımızı tükətmək qərarına gəldi”, - İnqram bildirib.

Teleaparıcının fikrincə, Baydenin Ukrayna böhranı ilə bağlı siyasəti Amerika iqtisadiyyatına yalnız ziyan vurur. O, həmçinin vurğulayıb ki, ABŞ Konqresi də belə bir vəziyyətin ölkənin milli təhlükəsizliyinə necə təsir edəcəyi barədə düşünmür.

Tunar Altunbay