Zelenski yeni hərbi idarə yaratdı

 18:51 20.12.2022     398

Ukrayna Prezidenti Volodimir Zelenski öz fərmanı ilə rusların müvəqqəti işğal etdiyi Novokaxovskaya şəhər hərbi idarəsini yaradıb.

Redaktor.az Prezidentin saytına istinadla xəbər verir ki, Zelenski Xerson vilayətinin Kaxovka rayonunun Novokaxovskaya şəhər hərbi administrasiyasını yaratmaq qərarına gəlib.

Hərbi idarənin yaradılması ilə bağlı fəaliyyətlərin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və Xerson Vilayət Dövlət Administrasiyası tərəfindən həyata keçirilməsi tapşırılıb.

Zelenski ayrıca sərəncamla Novokaxovkaya hərbi administrasiyasının rəhbərini də təyin edib.

“Brusenski Valeri Pavloviç Xerson vilayətinin Kaxovka rayonunun Novokaxovskaya şəhər hərbi idarəsinin rəisi təyin edilsin”, mətndə deyilir.

Xatırladaq ki, dekabrın 14-də Ukrayna Prezidenti Volodimir Zelenski Xerson vilayətində dörd hərbi administrasiya yaradıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına və Xerson Vilayət Dövlət Administrasiyasına hərbi idarələrin formalaşdırılması ilə bağlı fəaliyyətlərin həyata keçirilməsi tapşırılıb.

Hazırda Xerson vilayətinin işğaldan azad edilmiş ərazilərində hakimiyyət orqanlarının, polisin və bəzi özəl şirkətlərin işi bərpa olunur.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən