ABŞ Ukraynaya daha 44,9 milyard dollar ayıracaq
Amerika Birləşmiş Ştatlarının 2023-cü il üçün 1,7 trilyon dollarlıq büdcə layihəsi Konqresə təqdim edilib.
Redaktor.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, büdcə layihəsində Ukrayna və NATO müttəfiqlərinə rekord məbləğdə - 44,9 milyard dollar yardımın ayrılması nəzərdə tutulub.
Senatorlar qanun layihəsini qəbul etməyə və həftənin sonuna qədər imza üçün prezident Co Baydenə göndərməyə tələsirlər.
Lakin Konqresdə demokratlarla və respublikaçılar hərbi və qeyri-hərbi proqramlara nə qədər pul xərclənməsi barədə razılığa gələ bilməyiblər.
Qeyd edək ki, noyabr ayından ABŞ hakimiyyəti 2023-cü maliyyə ili üçün yekun büdcəni müzakirə edir. Ağ Ev əvvəlcə Kiyevə 38 milyard dollar yardım istəyib. Layihəyə həmçinin milli müdafiə haqqında qanun da daxildir. Burada, xüsusən, Rusiyanın ələ keçirilən aktivləri hesabına Ukraynanın maliyyələşdirilməsinin mümkünlüyü barədə bəndin tətbiqi təklif edilib.
Tunar Altunbay












