İlon Mask Avropa Parlamentində izahat verəcək
Avropa Parlamentinin prezidenti Roberta Mezola tanınmış iş adamı, “Twitter”in sahibi İlon Maskı sosial şəbəkəsinin siyasəti ilə bağlı açıqlamalar verməyə dəvət edib.
Redaktor.az xəbər verir ki, “Politico”nun məlumatına görə, müvafiq təklif bazar ertəsi, dekabrın 19-da göndərilib. Onun dəvəti qəbul edib-etmədiyi hələlik məlum deyil.
AP prezidenti Roberta Mezola görüşün qanunvericilərlə “açıq ictimai fikir mübadiləsi” formatında keçiriləcəyinə ümid edir.
Nəşr qeyd edir ki, "Twitter" sosial şəbəkəsi Avropa İttifaqının demokratik həyatında əsas rol oynayır və ictimai müzakirələr üçün imkan yaradır. Ekspertlərin fikrincə, bu səbəbdən sosial şəbəkə nifrətin qızışdırılması, seçkilərə müdaxilə və dezinformasiya üçün katalizatora çevrilməməlidir.
lon Mask bir neçə ay əvvəl "Twitter"in sahibi olsa da, artıq sosial şəbəkəni bir neçə qalmaqallara sürükləməyi bacarıb. Demək olar ki, "Twitter"ə qoşulduqdan dərhal sonra o, əsas top-menecerləri işdən çıxarıb, işçilərin sayını 50% azalıb, ömürlük qadağaları ləğv edib.
Ötən həftə Maskın sosial şəbəkəsi Ukraynanın mobil operatorlarının abunəçilərinin qəbulunu dayandırıb. Buna görə də, ukraynalı istifadəçilər artıq mobil nömrələrindən istifadə edərək "Twitter"-ə daxil ola və ya qeydiyyatdan keçə bilməzlər.
Bundan başqa, Maskın fəaliyyətini tənqid edən tanınmış jurnalistlər "Twitter" səhifələri bloklanmağa başlayıb.
Tunar Altunbay












