Metroda qadın relsin üzərinə yıxıldı

 19:26 20.12.2022     320

Moskva metrosunun Serpuxovsko-Timiryazevskaya xəttinin Mendeleyevskaya stansiyasında qadın relsin üzərinə yıxılıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

"Metronun "Mendeleyevskaya" stansiyasında qadın relsə yıxılıb. Onu qaldırıblar, sərnişin sağdır. Hazırda həkimlər tərəfindən müayinə olunur", - deyə bildirilib.

Hadisənin səbəbləri və şəraiti müəyyən edilir.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən