Rusların oğurladığı yeniyetmə Ukraynaya qaytarıldı

 19:40 20.12.2022     358

İşğalçıların Rusiyaya apardıqları yeniyetmə Ukraynaya qaytarılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna ombudsmanı Dmitri Lubineç məlum verib.

Onun sözlərinə görə, 16 yaşlı Sergey Mariupol yaxınlığında yaşayırmış, müharibədən bir qədər əvvəl valideynlərini itirib, lakin bir bacısı var. Doğma yaşayış məntəqəsi ruslar tərəfindən işğal olunandan sonra o, bir çox uşaqlar kimi Donetskə, daha sonra isə Rusiyaya aparılıb.

Rusiya Federasiyasının Uşaq Ombudsmanı Mariya Lvova-Belova Sergeyin və deportasiya olunmuş digər ukraynalı uşaqların taleyini – rus ailəsinə övladlığa götürülməsini həll edib.

Ailənin ona qarşı münasibəti normal olsa da, Sergey Ukraynaya qayıtmağa üstünlük verib.

Bu ilin fevralın 24-dən başlayaraq Ukraynanın ruslar tərəfindən bütün işğal olunmuş ərazilərində uşaqların deportasiyası prosesi baş verib.

Mayın 30-da Rusiya prezidenti Vladimir Putin Ukraynadan yetim uşaqların Rusiya vətəndaşlığına qəbulunun sadələşdirilmiş proseduru haqqında fərman imzalayaraq uşaqların qaçırılmasını tamamilə qanuniləşdirib.

Oktyabrın 23-də Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak bildirib ki, rus işğalçıları Xerson vilayətindəki Oleşkovski uşaq evindən 12 əlil uşağı Krıma aparıblar.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən