Ruslar Ukraynaya 35 "Şahed"lə hücum etdi

 19:52 20.12.2022     371

Dekabrın 19-da rus işğalçıları Ukrayna ərazisinə İrana məxsus 35 ədəd "Şahed" kamikadze pilotsuz təyyarələr (PUA) buraxıblar.

Redaktor.az-ın UNİAN-a istinadla məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının mətbuat katibi Yuri İqnat brifinq zamanı bildirib ki, düşmən İran pilotsuz təyyarələrini başqa nöqtədən işə salıb.

"Dünən, bildiyiniz kimi, Müqəddəs Nikolay günündə işğalçılar bizi kəmiyyət baxımından ən böyük "Şahed" atışmalarından biri ilə təbrik etdilər: Ukrayna ərazisinə 35 zərbə PUA-sı atıldı. Statistikanı nəzərə alsaq, onlar hələ belə sayda "Şahed"i buraxmayıblar”- deyə o, qeyd edib.

İqnat bildirib ki, əvvəllər düşmən bu cür pilotsuz təyyarələri Xerson vilayətinin müvəqqəti işğal olunmuş hissəsindən və indiyədək işğal olunmuş Krımdan atıb, bazar ertəsi isə başqa nöqtədən buraxılıb.

"Əvvəllər o, Krım və Xerson bölgəsindən atılırdı, indi buraxılış məntəqələri Krasnodar diyarına, Azov dənizinin şərq sahilinə köçürülüb", - o əlavə edib.

İqnat onu da qeyd edib ki, “Şahed"lərin orta sürəti saatda 150 kilometrdir və bu pilotsuz təyyarələr hava hücumundan müdafiə sistemlərindən yayınaraq dövrə vura, dairəvi şəkildə uça bilir.

Buna baxmayaraq, onun sözlərinə görə, dekabrın 7-dən indiyədək əyalətdə 67 belə pilotsuz təyyarə məhv edilib.

Qeyd edək ki, dekabrın 19-da səhər tezdən Kiyev və bölgə İranın pilotsuz təyyarələri tərəfindən kütləvi hücuma məruz qalıb. Kiyev şəhər hərbi administrasiyası düşmənin 20-dən çox pilotsuz təyyarəsindən təxminən 15-inin paytaxt üzərində məhv edildiyini, lakin kritik infrastruktur obyektinə zərbə endirdiyini bildirib.

Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleksiy Kuleba qeyd edib ki, bölgədə fərdi yaşayış evləri və infrastruktur obyektləri zədələnib. Sonradan məlum olub ki, rayonda 9 evə ziyan dəyib, 3 nəfər xəsarət alıb. Düşmən PUA-larının hücumuna məruz qalması səbəbindən elektrik enerjisinin verilişində ciddi problemlər yaranıb.

Yuri İqnat deyib ki, düşmən gecə saatlarında İrana məxsus pilotsuz uçan aparatları atmağa başlayıb ki, Ukrayna əsgərlərinin onları məhv etməyi çətinləşsin.

Xatırladaq ki, dekabrın 19-da Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya İrandan daha 250 "Şahed" qəbul edib.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən