Peskov Putinin müharibə bölgəsində olduğunu TƏSDİQLƏDİ

 23:38 20.12.2022     452

Rusiya Prezidenti Vladimir Putin dekabrın 16-da "xüsusi hərbi əməliyyat" zonasına səfər edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı “Rossiyskaya qazeta” dövlət başçısının mətbuat katibi Dmitri Peskova istinadən məlumat yayıb.

Bundan əvvəl Dövlət Dumasının deputatı Andrey Qurulev öz Teleqram kanalında Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanının "xüsusi hərbi əməliyyat" zonasında olduğunu yazıb.

“Əgər o (Qurulev) cümə günü (Putinin) olduğu qərargahı nəzərdə tutursa, bəli”, - “Rossiyskaya qazeta” prezidentin "xüsusi hərbi əməliyyat" zonasına səfəri ilə bağlı suala Peskovun cavabından sitat gətirir.

Xatırladaq ki, daha əvvəl Peskov jurnalistlərə bildirib ki, Putin cümə günü, dekabrın 16-da "xüsusi hərbi əməliyyat"da iştirak edən hərbi bölmələrin birgə qərargahında bütün günü işləyib. Prezident qərargahın işi ilə tanış olub, qəraragahın fəaliyyəti ilə bağlı hesabat alıb, komandirlərlə konfrans və ayrı-ayrılıqda görüşlər keçirib, yaxın və ortamüddətli fəaliyyətlə bağlı hərbi rəhbərlərin təkliflərini dinləyib.

Qeyd edək ki, Rusiya Ukraynada apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən