Rusları təxribata görə ömürlük həbs edəcəklər

 11:07 21.12.2022     410

Rusiya Dövlət Duması təxribata görə ömürlük həbslə bağlı qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Redaktor.az “UNİAN”a istinadla xəbər verir ki, rusiyalı deputatların qəbul etdiyi qanun layihəsi Cinayət Məcəlləsinə üç yeni maddənin daxil edilməsini nəzərdə tutur.

Məlumata görə, təxribata sövq etmək və ya işə götürmək 8 ildən ömürlük cəzaya səbəb olacaq, 700 min rubla (17 min AZN-red.) qədər cərimə ediləcək. Təxribat təlimi üçün rusları 15 ildən ömürlük azadıqdan məhrumetməyədək cəza gözləyir.

Eyni zamanda, təxribat təşkilatlarının rəhbərləri və onların iştirakçıları üçün cəza 15 ildən ömürlük həbs və 1 milyon (24 min 285 AZN - red.) rubl məbləğində cərimə olacaq.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən