Rusiyada dollar və avro yenə bahalaşdı

 10:29 21.12.2022     328

Bu gün Moskva birjasında hərraclar zamanı dolların məzənnəsi ticarət məlumatlarına görə, mayın 11-dən bəri ilk dəfə olaraq 70 rublu ötüb.

Redaktor.az "İnterfaks"a istinadla bildirir ki, Moskva vaxtı ilə saat 07:00-da ABŞ valyutasının məzənnəsi 70,04 rubla çatıb, 07:35-də dollar 69,80 rubla düşüb.

Avronun məzənnəsi isə aprel ayından bəri ilk dəfə 75,01 rubla qalxaraq rekord həddə çatıb.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən