Serj Sarkisyan və qızları hakim qarşısına çıxacaq - Qanunsuz əmlak əldə ediblər
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan və qızları məhkəməyə çağırılıb.
Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.
S.Sarkisyan və qızları qanunsuz əmlak əldə etmək iddiası ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə dəvət olunublar.
Onların məhkəməyə çağırılması tələbini Baş Prokurorluq irəli sürüb.
Məhkəmə prosesi yanvarın 19-da baş tutacaq.
Tunar Altunbay












