Baydendən Zelenskiyə siyasi sillə - ABŞ Rusiyanı “terrora sponsorluq edən dövlət” kimi tanımadı

 16:09 21.12.2022     459

ABŞ Konqresi Ukraynanın təkid etdiyi kimi, Rusiyanı “terrora sponsorluq edən dövlət” əvəzinə “təcavüzkar dövlət” kimi tanımağa hazırlaşır.

Redaktor.az xəbəbr verir ki, bu barədə "The Hill" yazıb.

Bununla da, Konqres Rusiyanı “təcavüzkar dövlət” kimi tanımaqla ABŞ prezidentinə Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq etmək üçün əlavə səlahiyyətlər verəcək. Lakin rəsmi Kiyev konqresmenlərin bu qərarından narazı qalıb..

Bayden administrasiyası Ukraynanın Rusiyanın “terrora sponsorluq edən dövlət” təklifini rədd edib, çünki onlar “terrorizmin dövlət sponsoru” statusunun müharibəni bitirmək üçün istənilən diplomatik səylərə mane olacağına inanırlar.

“Zelenski terrorizmin himayədarı dövlət statusu istəyib və bunun əvəzində Bayden administrasiyası onlara bunu dəstəkləməyəcəyini deyib, lakin Konqres ABŞ-ın nə milli, nə də beynəlxalq qanunlarında belə mövcud olmayan alternativ statusla çıxış edib və bu qanunun heç bir qanuni əsası yoxcdur”, - müxalif konqresmenlərdən birinin köməkçisi nəşrə bildirib.

Onun fikrincə, Rusiya Federasiyasına “təcavüzkar dövlət” statusunun verilməsi Ukraynaya kömək etməyəcək və Rusiyanı cəzalandırmayacaq, əksinə “yaxşı düşünülmüş reklamdır”.

Bu qanun layihəsi, xüsusilə, ABŞ prezidentinə “təcavüz cinayəti”ndə iştirak edən istənilən şəxsə qarşı sanksiya tətbiq etmək hüququ verir. Bununla belə, sənədin tənqidçiləri xatırladırlar ki, Bayden administrasiyası artıq Vladimir Putinə və Rusiyanın əksər yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq edib, ona görə də yeni qanun lazımsızdır.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən