Türkiyə ABŞ-dan 35 nüvə reaktoru alacaq

 17:59 21.12.2022     398

Türkiyə hökuməti və özəl şirkətlər Ankaraya kömürlə işləyən elektrik stansiyalarından istifadəni azaltmağa kömək edəcək kiçik modul reaktorların alınması imkanları barədə Vaşinqtonla danışıqlar aparır.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü Bloomberg məlumat yayıb.

“Türkiyədə kömürlə işləyən elektrik stansiyalarını əvəz edəcək nüvə enerjisinə böyük maraq var”, - ABŞ Dövlət Departamentinin nüvə kommersiya rəqabətliliyi üzrə baş məsləhətçisi Castin Fridman agentliyə bildirib.

“Məsələ ondan ibarətdir ki, ölkələrin hökumətləri arasında əməkdaşlıq necə aparılacaq ki, o zaman müəssisə səviyyəsində əməkdaşlığa keçmək mümkün olsun”, - deyə Fridman əlavə edib.

Onun sözlərinə görə, söhbət 35-ə qədər reaktorun alınması imkanından gedir.

Danışıqlar real sövdələşməyə gətirib çıxarsa, maliyyələşdirmənin necə dəqiq həyata keçiriləcəyi hələlik məlum deyil. Bloomberg hesablamalarına görə, söhbət milyardlarla dollardan gedir.

Agentlik xatırladır ki, Türkiyənin 68 kömürlə işləyən elektrik stansiyası var ki, bu da ötən il ölkədə istehsal olunan elektrik enerjisinin təxminən üçdə birini təşkil edib. 2053-cü ilə qədər dövlət sıfır karbon emissiyasına nail olmağı hədəfləyir.

Türkiyənin Energetika Nazirliyi məsələ ilə şərh verməkdən imtina edib.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən