Yunanıstan səmasını Belarus təyyarələri üçün BAĞLADI

 19:17 21.12.2022     431

Yunanıstan Belarusdan təyyarə uçuşları üçün öz hava məkanını bağlayıb və eyni zamand bu ölkəyə də uçuşları qadağan edib.

Redaktor.az xəbər verir ki, bu barədə Yunanıstanın pentapostagma.gr portalı məlumat yayıb.

Portal bununla bağlı Yunanıstan Mülki Aviasiya İdarəsinin sifarişinin fotosunu dərc edib.

Sənəddə deyilir ki, Yunanıstan hava daşıyıcıları və təyyarə kapitanları gözlənilməz hallar zamanı təhlükəsiz istismarı təmin etmək üçün bu hava məkanından istifadə zəruri hesab edilmədiyi halda, Belarusa uçmamalıdır.

"Aİ-yə uçan xarici aviadaşıyıcılara Minsk FIR-dan (Belarus) qaçmaq tövsiyə olunur", - departamentdən bildiriblər.

Departament həmçinin qeyd edib ki, Belarus aviadaşıyıcıları tərəfindən idarə olunan təyyarələrin eyni müddət ərzində “Yunanıstan Respublikasının ərazisinə enməsi, ondan havaya qalxması və ya onun üzərindən uçması qadağandır”.

Lakin bu qadağa Fövqəladə hallar, humanitar və tibbi təyyarələrə üçün istisna edilir.

Bildirilir ki, Yunanıstanın Mülki Aviasiya İdarəsinin bu addımı Belarusun Ukraynadakı hərbi əməliyyatlarda mümkün iştirakı ilə bağlı artan narahatlıqla bağlıdır.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən