Zelenski ABŞ Konqresində çıxış etdi: "Rusiyanı məğlub etdik"

 09:10 22.12.2022     179

“Bütün problemlərə baxmayaraq, Ukrayna yıxılmadı. Ukrayna yaşayır və çiçəklənir”.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresindəki çıxışına belə başlayıb.

“Dünyanın ağılları uğrunda mübarizədə Rusiyanı məğlub etdik. Bizim qorxumuz yoxdur. Dünyada heç kimin qorxusu olmamalıdır. Ukraynalılar bu qələbəni qazandılar və bu, bizə cəsarət verir. Bu, bütün dünyaya ilham verir.

Dünən Vaşinqtona gəlməzdən əvvəl mən cəbhədə idim. Ukraynanın şərqində, Donbassdakı Baxmut şəhəri. Rusiya hərbi qüvvələri və muzdluları may ayından Baxmutu tutmağa çalışırlar. Amma Baxmut dayanır. Keçən il Baxmutda 70 min insan yaşayırdı, indi isə yalnız bir neçə nəfər. Bu torpağın hər metri qanla doymuşdur”, - deyə Ukrayna lideri bildirib.