Ukraynada 100 mindən çox işğalçı və minlərlə texnika məhv edilib

 10:03 22.12.2022     331

Müdafiə Qüvvələrinin aviasiyası son 24 saat ərzində işğalçıların şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi ərazilərə 14 zərbə endirib.

Redaktor.az “UNİAN”a istinadla xəbər verir ki, Rusiya artıq Ukraynada 100 mindən çox şəxsi heyətini, 3 min tankını və 6 minə yaxın digər zirehli texnikasını itirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının saat 6:00-a olan xülasəsində deyilir.

"Ukraynalı raket və artilleriyaçılar eyni vaxtda üç komanda məntəqəsini və düşmənin iki canlı qüvvəsinin cəmləşdiyi ərazini vurublar", - Baş Qərargah əlavə edib.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən