Zelenski Baxmut müdafiəçilərinin döyüş bayrağını Konqresə verdi

 11:16 22.12.2022     345

Ukrayna Prezidenti Vladimir Zelenski Baxmutun müdafiəçilərinin qoruduğu Ukraynanın dövlət bayrağını Amerika Birləşmiş Ştatları Konqresinə təqdim edib.

Redaktor.az xəbər verir ki, ABŞ Konqresinin hər iki palatasının birgə iclasındakı çıxışı zamanı dövlət başçısı ABŞ-a gəlməzdən əvvəl Baxmutda olduğunu, ukraynalı qəhrəman müdafiəçilərin döyüş bayrağını ona təhvil verdiyini xatırladıb.

"Döyüşçilərimiz Ukraynanı, Avropanı və dünyanı canları bahasına müdafiə etdikləri döyüş bayrağı milyonlarla insanı xilas edə biləcək Nümayəndələr Palatasının üzvləri və senatorlara aparmağı xahiş etdilər. Ona görə də bu qərarlar verilsin, bu bayraq sizinlə qalsın, xanımlar və cənablar”, - deyə Zelenski vurğulayıb.

Dövlət başçısı bildirib ki, bu bayraq Ukraynanın qələbəsinin simvoludur.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən