Türkiyə Çinin ittihamlarını rədd etdi
Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu ölkəsinin Suriyada PKK/YPG terror təşkilatı ilə mübarizəsində Çin nümayəndəsinə "Heç bir ölkənin terrorla mübarizəmizdə bizə dərs verməyə haqqı yoxdur" deyə reaksiya verib.
Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, Sinirlioğlu BMT Təhlükəsizlik Şurasındakı çıxışında Türkiyəni "Suriyanın şimalını hava və artilleriya ilə təkrar-təkrar vurmaqda və quru əməliyyatı başlayacağı ilə hədələməkdə" günahlandıraraq "bu hücumların dərhal dayandırılmasına" çağırısını edən Çinin BMT-dəki daimi müavini Qenq Şuanqa cavab verib.
Türkiyənin terrorla mübarizə əzminin sarsılmaz olduğunu, xalqını qorumaq və sərhəd təhlükəsizliyini təmin etmək üçün lazım olan hər addımı atmağa davam edəcəyini bildirən səfir, son iki ildə PKK/YPG terrorçularının 500-dən çox suriyalının həyatına son qoyduğunu bildirib.
Həmidə İbrahimova












