"Putin müharibəni bitirməyi planlaşdırmır, amma uduzacaq" - Bayden

 11:55 22.12.2022     447

ABŞ prezidenti Co Bayden əmin olduğunu bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəni bitirməyi planlaşdırmır, lakin o, uduzur.

Redaktor.az xəbər verir ki, Bayden bunu Ağ Evin Youtube kanalının yayımladığı Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

ABŞ prezidenti Zelenskinin ədalətli sülh axtarışına açıq olduğunu deyib.

"Biz onu da bilirik ki, Putin bu amansız müharibəyə son qoymaq niyyətində deyil. Birləşmiş Ştatlar isə cəsarətli Ukrayna xalqının lazım olduğu müddətcə öz ölkəsini Rusiya təcavüzündən müdafiə etməyə davam etməsini təmin etməyə sadiqdir", - o bildirib.

ABŞ prezidenti Konqres üzvlərinə ikipartiyalı Ukraynaya göstərdikləri geniş dəstəyə görə təşəkkür edib:

"Mən tezliklə Ukrayna üçün 45 milyard dollar əlavə maliyyə təmin edən hərtərəfli qanun layihəsinin imzalanmasını səbirsizliklə gözləyirəm".

Eyni zamanda, ABŞ prezidenti əmin olduğunu bildirib ki, Putin Ukraynadakı mülki hədəflərə zərbələri artırmağa, ukraynalı qadın və uşaqları əzab-əziyyətə məruz qoymağa çalışsa da, sonda o, - Rusiya prezidenti məğlub olur.

"Putin artıq uğursuzluğa düçar olub, o bilir ki, bütün Ukraynanı işğal etmək üçün heç bir yol yoxdur və indi Putinin Ukrayna xalqı tərəfindən bəyənilməsinin heç bir yolu yoxdur. O, keçmişdə uğursuzluğa düçar olub və indi bu, çox vacibdir. o və hər kəs prezident Zelenski ilə mənim bir olduğumuzu görür, iki ölkə onun uğur qazanmaması üçün birləşib”, - Bayden deyib.

Eyni zamanda Bayden bildirib ki, Zelenski “ölkəsi üçün canını verməyə hazırdır”.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən