Paşinyan da Qarabağdakı sülhməramlılardan narazıdır
Ermənistanın baş naziri Nikol Paşinyan rus sülhməramlılarının üzərinə düşən öhdəlikləri yerinə yetirməməsindən narazıdır.
Redaktor.az xəbər verir ki, bu barədə "news.am" məlumat yayıb.
Onun sözlərinə, Dağlıq Qarabağdakı Rusiya hərbçiləri üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Ona görə də, Ermənistan rusların Laçın dəhlizini “tutmaq” iqtidarında olmamasından narazı qalıb.
"Bu gün sülhməramlılar Laçın dəhlizi boyunca maneəsiz hərəkəti təmin etməlidirlər. Sülhməramlılar da üçtərəfli razılaşmaya əməl etmirlər. Təbii ki, bu, Azərbaycanın hərəkətləri ilə bağlıdır, lakin bu, mənasını dəyişmir, çünki Rusiya sülhməramlıları belə qanunsuzluğun qarşısını almaq üçün məsuliyyət daşıyırlar”, - "news.am" erməni siyasətçinin sözlərindən sitat gətirib.
Tunar Altunbay












