Kremldən Baydenlə Zelenskinin görüşünə REAKSİYA: "Bu, Ukrayna xalqının iztirablarını uzadır"

“Hələlik biz təəssüflə qeyd edə bilərik ki, nə ABŞ Prezidenti Co Bayden, nə də prezident Zelenski ən azı Rusiyanın narahatlıqlarını dinləmək üçün potensial istək kimi qəbul edilə biləcək bəzi sözlər deməyiblər”.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu cümə axşamı jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfərinin yekunlarını şərh edərkən bildirib.
“Cənab Zelenskiyə Donbass qəsəbələrində yaşayış binalarının vəhşicəsinə atəşə tutulmasını davam etdirməsi barədə xəbərdarlıq edən bir kəlmə belə deyilmədi”, - Peskov vurğulayıb. O, həmçinin qeyd edib ki, Baydenlə Zelenskinin görüşündə “sülhə çağırışlar olmayıb, real sülh çağırışları olmayıb”.
Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, Ukraynaya silah tədarükü münaqişənin həllinə kömək etmir, sadəcə olaraq Ukrayna xalqının iztirablarını uzadır:
“Biz görürük ki, əslində ABŞ və digər ölkələr əksinə Ukraynaya tədarük etdikləri silahların çeşidini daim genişləndirmək və texniki səviyyəsini artırmaq yolu ilə gedirlər” - deyən Kremlin sözçüsü daha sonra bildirib: “Bu ona gətirib çıxarır ki, təəssüf ki, Ukrayna xalqının iztirabları mümkün olduğundan daha uzun sürəcək”.
Peskov əlavə edib ki, Ukraynaya silah tədarükünün artırılması "xüsusi hrbi əməliyyat"ın nəticələrinə təsir etməyəcək:
"Biz görürük ki, əslində ABŞ və digər ölkələr Ukraynaya tədarük etdikləri silahların çeşidini daim genişləndirmək və texniki səviyyəsini yüksəltmək yolu ilə gedirlər. Bu, Rusiya Federasiyasının "xüsusi hərbi əməliyyat" zamanı məqsədlərinə çatmasına mane ola bilməz".
Turan İSMAYIL