Bu ölkəyə səfər edənlər yenə COVİD-19 testindən keçəcək

 14:41 22.12.2022     531

Hindistan koronavirus (COVİD-19) testlərinin bərpa olunduğunu elan edib.

Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, Hindistan COVİD-19 testinin ölkəyə səfərə gələnlərə tətbiq ediləcəyini açıqlayıb.

Hindistan Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, ölkəyə səfər edəcək beynəlxalq səyahətçilərin yüzdə 2-si təsadüfi olaraq COVİD-19 testindən keçiriləcək.

Həmidə İbrahimova