Putin Kadırovu təltif etdi

 17:41 22.12.2022     226

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırova Aleksandr Nevski ordeni ilə təltif edib.

Redaktor.az xəbər verir ki, bu barədə Kadırov öz “Telegram” kanalında yazıb.

"Dostlar! Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Çeçenistan Respublikasının sosial-iqtisadi inkişafına və böyük dövlət əhəmiyyətli vəzifələrin səmərəli həllinə verdiyim böyük töhfəyə görə yüksək mükafata - Aleksandr Nevski ordeni ilə təltif olundum. Vətənimizin rifahı naminə xidmətdə göstərdiyim təvazökar xidmətlərimin belə qiymətləndirilməsi mənim üçün böyük şərəfdir. Hamımız üçün əsl lider və əsl vətənpərvərliyin bariz nümunəsi olan Ali Baş Komandanın əlindən belə əlamətdar mükafatı almaqdan hədsiz qürur duyuram!", - deyə Kadırov bildirib.