Erməni hərbçiləri Zəngəzurda qəzaya düşdü

 19:11 22.12.2022     419

Ermənistan ordusuna məxsus "Uaz" markalı avtomobil qəzaya uğrayıb.

Redaktor.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə Zəngəzur bölgəsində baş verib.

Hərbi maşın yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində iki nəfər yaralanıb.

Yaralıların Ermənistan ordusunun hərbi qulluqçusu olduğu bildirilir. Hadisə yerinə hərbi polis əməkdaşları cəlb edilib.

 

Vumart və Güvən reklamı Vumart Güvən