Solovyov yenə sərsəmlədi - "Avropalı axmaqlar..."

 19:36 22.12.2022     452

Rusiyanın Ukraynanı işğalının əsas təbliğatçılarından olan aparıcı Vladimir Solovyov işğalçı ordunun Avropaya yürüş edəcəyi ilə hədələdi.

Redaktor.az xəbər verir ki, sərxoş olduğu aşkar görünən video görüntüdə o, isterik halda Rusiyaya hörmət etmədikləri üçün üçün rus əsgərlərinin Haaqa, Paris və Berlini yenidən işğal edəcəyini bildirib.

"Haaqa məhkəməsini istəyirsiz, olacaq. Nünberqdə etdiyimiz kimi, gəlib sizi Haaqada mühakimə edəcəyik, avropalı axmaqlar... Rus əsgərlərini yenidən Avropada görmək istəmirsinizsə, hörmət edəcəksiz. Bəli bizə çətin olacaq, çünki şəhərlərimizə hücum olacaq, Amerikanın nökərləri bizə əlavə sanksiyalar tətbiq edəcəklər..."

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən