ABŞ rusiyalı biznesmenlərin aktivlərinin Ukraynanın xeyrinə müsadirə edəcək

 22:40 22.12.2022     415

Dekabrın 22-də ABŞ Konqresinin Senatı 2023-cü ilin federal büdcəsi haqqında qanun layihəsinə Rusiya iş adamlarının dondurulmuş aktivlərinin Ukraynaya ötürülməsi üçün müsadirə edilməsinə imkan verən təşəbbüsün daxil edilməsinə səs verib.

Redaktor.az xəbər verir ki, “C-Span” telekanalının jurnalisti Kreyq Kaplan yazır tviterdə yazıb.

“Senat Rusiya oliqarxlarının aktivlərinin Ukraynaya humanitar və hərbi yardım məqsədilə ötürülməsi üçün müsadirə edilməsinə və satışına icazə verən düzəlişi yekdilliklə təsdiqləyib”, - jurnalist sosial şəbəkədə qeyd edib.

Senat yekun büdcə layihəsinə dekabrın 22-də daha sonra baxacaq.

Vumart və Güvən reklamı Vumart Güvən