Rusiyada taxılqurudan anbar yerlə yeksan oldu - VİDEO

 23:05 22.12.2022     234

Rusiyanın Orenburq vilayətində baş verən yanğın taxılqurudan anbarın uçub-dağılması ilə nəticələnib. Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Redaktor.az TASS-a istinadla bildirir ki, hadisə vilayətin İlek rayonunun Kardailovo kəndində baş verib. Taxıl tullantılarının qurudulması üçün çən istilik aqreqatlarının nasazlığı səbəbindən sıradan çıxıb.

Yanğınsöndürənlər yanğını söndürən zaman qurutma şaxtasının nazik metal çərçivəsi istiyə tab gətirə bilməyib və dağılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.