Senat ABŞ-ın 2023-cü il büdcəsini təsdiqlədi
ABŞ Konqresinin Senatı ölkənin 2023-cü maliyyə ili üçün 1,7 trilyon dollar həcmli büdcə layihəsini təsdiqləyib.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu büdcədə nəzərdə tutulan xərclərin ümumi həcmi bu göstəricinin 1,52 trilyon dollar müəyyən edildiyi 2022-ci ildəkindən daha çox olacaq.
Vəsaitlərin böyük hissəsi - 858 milyard dollar müdafiəyə yönəldiləcək, 722,5 milyard dolları qeyri-müdafiə xərclərinə ayrılıb.
Vaşinqton Ukraynaya, eləcə də NATO müttəfiqlərinə fövqəladə dəstək üçün 44,9 milyard dollar ayıracaq. Vəsaitin bir hissəsi Ukrayna hərbçilərinin təlimi və Kiyevə ötürülən silah ehtiyatlarının artırılması üçün nəzərdə tutulub. Eyni zamanda, bu ilin büdcəsində Ukraynaya 13,6 milyard dollar səviyyəsində ümumi dəstək göstərilib ki, bu da 2023-cü ildə nəzərdə tutulandan təxminən üç dəfə azdır.
Qeyd edək ki, federal büdcə layihəsinə daha sonra ABŞ Konqresinin Nümayəndələr Palatasında baxılacaq. Bundan sonra dövlət başçısı tərəfindən təsdiqlənəcək.
T.İSMAYIL












