Türk restoranında 200 müştəri dəm qazından zəhərləndi

 09:23 23.12.2022     218

Londondakı türk restoranındakı ziyafət zamanı kütləvi şəkildə dəm qazından zəhərlənmə baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Restoranın əməkdaşı bildirib ki, insanların halı qəfil pisləşib.

“Əvvəlcə bu halı qida zəhərlənməsi ilə səhv saldıq. Təxminən eyni vaxtda 200-ə yaxın insan təcili yardım çağırmağa başladı. Onlar müxtəlif xəstəxanalara yerləşdirilib. İnsanlar ürəkbulanma, başgicəllənmədən şikayət ediblər”, - deyə restoran əməkdaşı bildirib.

Zərərçəkənlərdən bəziləri reanimasiya şöbəsinə yerləşdirilib.

Bildirilib ki, xəstəxanaya axın çox olduğundan oksigen çənlərinin sayında qıtlıq yaşanır.