Putin müharibəyə görə məsuliyyəti üzərindən atmağa çalışır – Analitiklər

 09:46 23.12.2022     497

Rusiya prezidenti Vladimir Putin sülh danışıqlarına hazır deyil. Kreml Ukraynaya qeyri-qanuni dövlət, Zelenskiyə isə ondan asılı oyunçu kimi baxmaqda davam edir.

Redaktor.az xəbər verir ki, Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri bu qənaətə gəliblər.

Onların sözlərinə görə, Putin uzun sürən müharibəyə görə məsuliyyətdən boyun qaçırmaq üçün səylərini ikiqat artırır.

Analitiklər onu da qeyd edirlər ki, iyulun 3-də Lisiçanskın ələ keçirilməsindən sonra Rusiya hərbçiləri Ukraynada heç bir mühüm qələbə qazanmayıb.

Həmidə İbrahimova