Ukrayna ordusundan ruslara ağır ZƏRBƏ
Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 100950 (+550) nəfər canlı qüvvəsi, 3005 (+2) tank, 5986 (+5) ədəd zirehli döyüş maşını, 1984 (+6) ədəd artileriya sistemi, 414 (+1) reaktiv yaylım atəşi sistemi, 212 (+0) hava hücumundan müdafiə sistemi, 283 (+0) təyyarə, 267 (+0) helikopter, 1698 (+5) PUA, 653 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4622 (+7) avtomobil texnikası və avtosistern, 178 (+0) xüsusi texnikası məhv edilib.
Turan İSMAYIL













