Ukraynalı qadınları zorlamağa çağırış edən beynəlxalq axtarışa verildi
Rusiya-Ukrayna müharibəsində əsgər ərinə ukraynalı qadınları zorlamağa çağıran qadın beynəlxalq axtarışa verilib.
Redaktor.az "dailymail"ə istinadla xəbər verir ki, Olqa Bıkovskaya olduğu güman edilən qadın Ukrayna hakimiyyəti tərəfindən dövlətlərarası və beynəlxalq axtarışa verilib.
O.Bıkovskaya ərinə işğal olunan ərazilərdə ukraynalıları zorlamağı tapşırdığı telefon danışığı üzə çıxdıqdan sonra istintaqa cəlb edilib.
Ukrayna Təhlükəsizlik Xidməti səsyazma ilə bağlı araşdırmanı başa çatdırıb. Cenevrə Konvensiyasını pozduğuna görə qadını 12 ilə qədər həbs gözləyir.
Nərmin VÜQARQIZI













