İslamabadda partlayış törədildi - 1 polis ölüb, daha 3 nəfər yaralanıb

 11:33 23.12.2022     303

Pakistanın paytaxtı İslamabad şəhərinin cənub-qərbində baş verən partlayış nəticəsində azı 1 polis ölüb, daha 3 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, hadisə polis şübhəli taksini yoxlamaq istəyərkən baş verib. Avtomobili idarə edən terrorçu-kamikadze polis yaxınlaşarkən partlayıcı qurğunu işə salıb.

Vumart və Güvən reklamı Vumart Güvən