Tatarıstan prezidenti bundan sonra rəis adlanacaq

 17:36 23.12.2022     369

Tatarıstanın Dövlət Şurası (parlamenti) respublikanın konstitusiyasına regionun hazırkı rəhbəri Rüstəm Minnixanovun səlahiyyət müddəti başa çatdıqdan sonra prezident postunun adının dəyişdirilməsini nəzərdə tutan dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.

Redaktor.az TASS-a istinadla bildirir ki, Tatarıstan Dövlət Şurasına respublika başçısının adının dəyişdirilməsi ilə bağlı dəyişikliklər layihəsi təqdim edilib.
"Tatarıstanın ali məmuru vəzifəsinin adı "Tatarıstan Respublikasının rəhbəri" olacaq. Ehtimal olunur ki, qısaldılmış variantdan - "Tatarıstan Respublikasının rəis"indən istifadə etmək olar. Ən yüksək vəzifəyə yeni ad verərək başa düşürük ki, respublikamızın hazırkı rəhbəri Rüstəm Nurqaliyeviç Minnixanov seçki ilə prezident olub. Ona görəı də,  yeni ad yalnız Tatarıstan Respublikasının yeni seçilmiş ən yüksək vəzifəli şəxsinə şamil ediləcək”, - parlamentin dövlət quruculuğu və yerli özünüidarəetmə komitəsinin sədri Albert Xabibullin bildirib.

O qeyd edib ki, belə yanaşma federal qanunun tələblərini nəzərə almaqla yanaşı, Tatarıstanın tarixi, milli və mədəni xüsusiyyətlərini əks etdirəcək. Rəis ərəb və bir sıra digər şərq dillərində ən yüksək rütbənin adıdır.

Qanun layihəsinin qəbul edilməsinə 78 deputat, əleyhinə isə 3 deputat səs verib.

Rüstəm Minnixanov 2020-ci ildə cari müddətə Tatarıstanın prezidenti seçilib. Onun səlahiyyət müddəti 2025-ci ildə başa çatır.

Xatırladaq ki, ötən ilin sonunda Rusiya prezidenti Vladimir Putin regionlarda dövlət hakimiyyəti orqanlarının təşkili haqqında qanun imzalayıb. Qanunla muxtar respublikaların rəhbərinin adının qarşısında “prezident” sözünün işlədilməsi qadağan edilib. Yalnız Tatarıstanda prezident sözündən istifadə olunurdu.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən