Avropa İttifaqı Macarıstana ayrılan yardımı vermədi

 18:19 23.12.2022     356

Avropa Birliyi Macarıstana ayrılan maliyyənin böyük hissəsini müvəqqəti olaraq dayandıracaq.

Redaktor.az xəbər verir ki, buna səbəb məhkəmə sisteminin müstəqilliyi, akademik azadlıqların və sığınacaq sisteminin təmin edilməsi barədə Aİ-nin tələbinə əməl olunmamasıdır.

“Reuters”in məlumatına görə, Avropa Komissiyası maliyyələşdirmə məsələsində Budapeştlə razılığa gəlsə də, Orban hökuməti qarşıya qoyulan şərtləri yerinə yetirmədiyi üçün 22 milyard avronun əsas hissəsi ödənilməyəcək.

Bundan əlavə, Macarıstan insanlara cinsi oriyentasiyası və cinsi kimliyinə görə ayrı-seçkilik tətbiq edən qanuna görə ödənişlərin bir hissəsini itirəcək.

Qeyd olunur ki, imkansız uşaqlar üçün proqramlara, dəmir yolu nəqliyyatının modernləşdirilməsinə, genişzolaqlı internetə çıxışa və kömürlə işləyən elektrik stansiyalarının bağlanmasından zərər çəkmiş regionlara yardıma 22 milyard avro xərclənməli idi.

Tunar Altunbay

 

Vumart və Güvən reklamı Vumart Güvən