Litvada rusdilli qəzetin nəşri DAYANDIRILDI

 18:37 23.12.2022     411

Litvada rusdilli həftəlik "Litva kuryeri" qəzetinin nəşri dayandırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə nəşrin direktoru Yolanta Andreeva məlumat verib.

“Litva kuryerinin əməkdaşları qəzeti xilas etmək üçün bütün səylərini əsirgəməsələr də, iqtisadi vəziyyət onları bu təəssüf doğuran qərarı qəbul etməyə məcbur etdi”,- o, deyib.

Qeyd edək ki, Litvada rus dilində gündəlik qəzet şap olunmur. Həftəlik formatda “Litva kuryeri” ilə yanaşı, Rusiya qəzetlərinin versiyası olan “Obzor” və “Ekspress həftəsi” qəzetləri də nəşr olunur.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən