Türkiyənin bu ölkələrlə diplomatik əlaqələri ən yüksək səviyyədədir - Ərdoğan

 19:31 23.12.2022     376

Türkiyə Rusiya və Ukrayna ilə diplomatik əlaqələri ən yüksək səviyyədə davam etdirir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu cümə günü Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Niderlandın Baş naziri Mark Rutte ilə telefon danışığı zamanı deyib.

"Danışıqlarda Türkiyə-Hollandiya münasibətləri və regional məsələlər müzakirə olunub", - Türkiyə liderinin ofisindən bildirilib: "Prezident Ərdoğan Rusiya və Ukrayna ilə diplomatik əlaqələri ən yüksək səviyyədə davam etdirdiyini vurğulayıb".

Bundan əlavə, Türkiyə dövlətinin başçısı qeyd edib ki, “Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlərin hazırkı vəziyyəti hər iki tərəfin maraqlarına cavab vermir”.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən