Putin müharibədə uğursuzluğu onun boynuna qoyacaq
Rusiya prezidenti Vladimir Putin çox güman ki, Ukraynadakı müharibənin bütün uğursuzluqlarını Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun boynuna yıxacaq.
Redaktor.az xəbər verir ki, bunu ehtiyatda olan ukraynalı general, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəisinin keçmiş müavini İqor Romanenko “FREEDOM” layihəsinin efirində deyib.
Ekspertin fikrincə, Gerasimovun hərbi karyerası əslində bitib. İndi onun işdən çıxarılması an məsələsidir. Sadəcə Gerasimovun orduda hörməti böyük olduğu Putin uzaqlaşdırmaq üçün tutarlı səbəb tapmalıdır.
Romanenko iddia edir ki, Gerasimov Rusiya ordusundakı hərbi uğursuzluqlar və problemlərə görə günahlandırılacaq.
"O, bu müharibədə rəsmi günah keçisi olacaq. Forma məsələsi qalır...”, - deyə general əlavə edib.
Qeyd edək ki, oktyabrda ABŞ ordusunun Avropa qitəsindəki keçmiş komandanı general-leytenant Ben Hodces Putinin generallarının artıq ona güvənmədiyini bildirib.
Rusiyalı müxalif siyasətçi Dmitri Qudkov təklif edir ki, Putin general Sergey Surovikini sonradan işğal olunmuş Xersonun itkisinə görə məsuliyyət daşımaq üçün Ukraynadakı Rusiya ordusunun komandanı təyin edib.
ISW analitiklərinin fikrincə, Putin sülhə hazır deyil və uzun sürən müharibəyə görə məsuliyyətdən azad olmaq istəyir.
Tunar Altun












