Bayden 2023-cü il üçün hərbi büdcəni TƏSDİQLƏDİ
ABŞ prezidenti Co Bayden bu gün ölkənin 2023-cü maliyyə ili üçün 858 milyard dollar məbləğində müdafiə büdcəsini imzalayıb.
Redaktor.az xəbər verir ki, Ağ Evin mətbuat xidməti məlumat yaydı.
Qeyd edək ki, bundan əvvəl müvafiq qanun layihəsi ABŞ Konqresinin hər iki palatası tərəfindən təsdiqlənib.
Sənəd, digər məsələlərlə yanaşı, Ukraynaya ən azı 800 milyon dollar təhlükəsizlik yardımı və Avropada Rusiyaya qarşı yönəlmiş tıxanma təşəbbüsü üçün 6 milyard dollar ayırmağı nəzərdə tutur.
Həmçinin, Rusiya Federasiyası ilə qızılla bağlı əməliyyatlara görə sanksiyaları əhatə edir, Rusiya ilə hərbi sahədə əməkdaşlığa qoyulan qadağanın beş il müddətinə uzadılmasını nəzərdə tutur, o cümlədən, raketlə bağlı məlumat mübadiləsinə daimi qadağa qoyur.
Bundan başqa, sənəddə bildirilir ki, Vaşinqton Moskva nümayəndələrinin “İyirmiliklər” və bir sıra digər beynəlxalq təşkilatların fəaliyyətində iştirakına mane olmaq niyyətindədir.
Tunar Altunbay












