Ukrayna Belarusla daha bir sazişə xitam verdi 

 20:28 23.12.2022     205

Ukrayna hökuməti Belarusla hava əlaqəsi haqqında müqaviləni ləğv edib. 

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.

“Ukrayna hökuməti ilə Belarus Respublikası hökuməti arasında 1995-ci il iyulun 17-də Minskdə hava daşımaları haqqında bağlanmış sazişə xitam verilib”, – deyə Melniçuk bildirib.

Belarus və Ukrayna arasında diplomatik əlaqələr 1991-ci ildə qurulub. 1995-ci ildə iki ölkə Beynəlxalq Mülki Aviasiya Konvensiyasının tərəfləri kimi bir-biri ilə, eləcə də öz ərazilərindən kənarda hava əlaqəsi yaratmaq barədə razılığa gəliblər.