Magistral yolda 40 avtomobil toqquşdu
Çexiyada magistral yolda 40 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə "ČTK" Xəbər Agentliyi məlumat yayıb.
Qəza Çexiyanın cənub-şərqindəki Brno şəhəri yaxınlığında qeydə alınıb. Magistral yolda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Hadisə nəticəsində iki nəfər yaralanıb.
Qəzaya səbəb kimi dumanlı hava şəraiti göstərilir.












