Çində koronavirus ildırım sürətilə yayılır - Sutkada 37 milyon

 21:59 23.12.2022     460

Çində pandemiya dövründəki ən böyük COVID-19-a yoluxma dalğası qeydə alınıb.

Redaktor.az xəbər verir ki, son sutkada koronavirusa 37 milyon nəfər yoluxub.

Nəşr yazır ki, Çin Milli Səhiyyə Komissiyasının çərşənbə günü keçirilən qapalı iclasında koronavirusa yoluxma halları ilə bağlı qeyri-rəsmi statistika açıqlanıb.

İclasın protokoluna görə, bu həftənin əvvəlində bir gündə Çində 37 milyona qədər insan yoluxub. Ümumilikdə dekabrın ilk 20 günündə ölkədə 248 milyon insan, yəni əhalinin təxminən 18%-i xəstələnib.

Vumart və Güvən reklamı Vumart Güvən